Türkiyə Milli Müdafiə Nazirliyi jurnalistlərin gündəmdəki suallarına cavab olaraq açıqlama yayıb. Açıqlamada bildirilib ki, Suriya hökuməti bütün qurum və bölmələri ilə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş yenidənqurma işlərini davam etdirir. 13 avqust 2025-ci il tarixində imzalanmış “Ortaq Təhsil və Məsləhət Memorandumu”-ndan sonra, Suriya hökumətinin tələblərinə uyğun olaraq müdafiə və təhlükəsizlik sahəsində potensialın artırılmasına yönəlmiş təlim, ziyarət, məsləhət və texniki dəstək fəaliyyətləri həyata keçirilir.
#Suriyada terrorla mübarizə
Suriya Xalq Məclisinin Ali Seçki Komitəsi, ölkə üzrə müəyyən olunmuş vilayətlərdə Xalq Məclisi üzvlüyünə namizədlərin siyahısını yayımlayaraq seçki kampaniyasının başladığını elan edib. Xalq Məclisinin Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd, Suriyanın rəsmi xəbər agentliyi SANAya verdiyi açıqlamada bildirib ki, ölkə üzrə 50 seçki dairəsində Xalq Məclisinə üzvlük üçün namizədlik müraciəti prosesi dünən etibarilə başa çatıb.
Suriyada Xalq Məclisi üzrə Yüksək Seçki Komissiyası Xalq Məclisinə üzvlük seçkilərinin 5 oktyabr bazar günü keçiriləcəyini elan edib. Komissiyanın ABŞ mərkəzli Meta şirkətinə məxsus Facebook platformasındakı hesabında yayımlanan açıqlamada, seçki tarixinin hicri təqvimə görə 1447-ci ilin Rəbiül-axır ayının 13-nə, miladi təqvimə görə isə 2025-ci il 5 oktyabr tarixinə təsadüf edəcəyi bildirilib.
Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.
Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib. Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.
Suriyanın şimalındakı İdlib vilayətində səbəbi hələ müəyyən edilməmiş partlayışlar nəticəsində 2 mülki şəxs həyatını itirib. Suriya dövlət televiziyası Əl-İhbariyyə, İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib. Partlayışların mənbəyi və xarakteri müəyyənləşdirilməyə çalışılır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.
Azərbaycan Respublikasının Şamdakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseynov, ölkə tarixində Qarabağ zəfərindən başlayaraq iqtisadiyyat başda olmaqla bütün sahələrdə həyata keçirilən inkişaf addımları haqqında məlumat verdi. 2025-ci il avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya axmağa başlaması, dost iki xalqın uzun zamandır gözlədiyi tarixi bir hadisəni təmsil edir və iki ölkə arasındakı dərin əməkdaşlığın konkret göstəricisi kimi qiymətləndirilir.
Suveyda vilayətində başlayan qarşıdurmalardan sonra 200 mülki vətəndaşın dördüncü və sonuncu təxliyə karvanı ilə Dəra şəhərinə çatdığı bildirilir.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.
Suriya problemini həll etmək suriyalılara məxsusdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin Suriyaya hücumunun beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunun aydın olduğunu bildirib.