#Suriya münaqişəsi

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ABŞ prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Ankaradakı səfiri Tomas Barakın Parisdə İsrailin strateji işlər naziri Ron Dermerin iştirakı ilə təhlükəsizlik görüşü keçirəcəyi bildirilib.

İsrailin bəzi media orqanlarının verdiyi məlumata görə, "məlumatlı suriyalı mənbə"yə istinadən, Suriya və İsrailin 2025-ci ilin sonuna qədər sülh sazişi imzalayacağı gözlənilir. Bu açıqlamalar, Suriya prezidenti Əhməd əş-Şəraanın bir neçə gün əvvəl verdiyi bəyanatın ardınca gəlib. Prezident həmin çıxışında Dəməşqin beynəlxalq vasitəçilər və diplomatik kanallar vasitəsilə İsrailin cənub bölgələrdəki hücumlarını və müdaxilələrini dayandırmaq üçün çalışdığını, və "Suriya suverenliyinin qorunmasının hər şeydən üstün olduğunu" vurğulamışdı.