#MLKP terror təşkilatı

İstanbul mərkəzli 22 vilayətdə MLKP silahlı terror təşkilatına qarşı keçirilən əməliyyatda həbs olunanların sayı 77-yə yüksəlib. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsi əməkdaşları tərəfindən MLKP silahlı terror təşkilatının fəaliyyətlərinin ifşa edilərək qarşısının alınmasına yönəlmiş işlər çərçivəsində saxlanılan 46 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi rəsmi açıqlamada MLKP terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar barədə məlumat paylaşıb. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin koordinasiyası ilə Terrorla Mübarizə və Kəşfiyyat şöbə müdirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, silahlı terror təşkilatının mətbuat və gənclər qanadları vasitəsilə fəaliyyət göstərən şəxslər müəyyən edilərək hədəf alınıb.