#Mediasiya Təşkilatı

Ailədə münasibətlər bəzən gərginlik, fikir ayrılığı və anlaşılmazlıqlarla müşayiət olunur. Belə vəziyyətlərdə tərəflərin qarşılıqlı dialoqa gəlməsi olduqca vacibdir. Məhz burada mediasiya — neytral vasitəçi (mediator) vasitəsilə razılaşmaya nail olmaq prosesi — ailə münasibətlərində həm hüquqi, həm də psixoloji baxımdan mühüm rol oynayır. Mediasiya qarşıdurmanı böyütmək əvəzinə, tərəflər arasında anlayış və qarşılıqlı hörmətin bərpasına kömək edir.

Hüquq hər bir cəmiyyətin dayağı, ədalətin və insan haqlarının qorunmasının əsas vasitəsidir. Bu rubrikada oxucular aktual qanun dəyişiklikləri, hüquqi yeniliklər və məhkəmə təcrübəsi barədə operativ məlumat əldə edəcəklər. Həmçinin, gündəlik həyatda qarşılaşa biləcəyiniz hüquqi məsələlərə dair praktiki məsləhətlər təqdim olunacaq. Rubrikanın məqsədi hüququ sadə və anlaşılan dildə izah edərək, hər kəsin öz haqqını daha yaxşı tanımasına şərait yaratmaqdır. Hüquq biliklərinin artırılması həm vətəndaşların hüquqlarını müdafiə etməsinə, həm də cəmiyyətdə hüquqi mədəniyyətin güclənməsinə xidmət edəcək.

27 avqust 2025-ci il tarixində Quba 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə Quba ASAN Xidmət Mərkəzində ASAN Könüllülərinin iştirakı ilə “Gələcəyin Dialoqu” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi gəncləri mediasiya prosesi ilə tanış etmək, mübahisələrin məhkəməyə qədər sülh yolu ilə həllinin əhəmiyyətini vurğulamaq və gənclərin dialoq mədəniyyətini təcrübə vasitəsilə mənimsəməsinə şərait yaratmaq idi.