#Zəfər Günü

"Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə titrədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq", - deyə paylaşımda vurğulanıb.

Türkiyə Xarici İşlər Nazirliyi, Azərbaycanın qazandığı Zəfərin beşinci ildönümü münasibətilə təbrik mesajı yayıb. “Azərbaycan xalqının əzmi və qəhrəmanlığı ilə qazandığı zəfərin beşinci ildönümünü qeyd edir, vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik.” Açıqlamada, Türkiyənin hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyi vurğulanıb.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı Azərbaycan icmasın nümayəndələri və digər qonaqlar iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

2020-ci ilin payızı Azərbaycan üçün elə bir simvol oldu ki, o, xalqın nəsillər boyu ürəyində saxladığı, haqqın qələbəsinə gətirib çıxaran Dəmir Yumruğa çevrilən bir arzusunu gerçəkləşdirdi. Bu, həm göz yaşları ilə yuyulmuş, həm də nəsillərin ən müqəddəs arzuları ilə bəzədilmiş bir Zəfərin simvolu idi.

06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda keçiriləcək Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycana rəsmi səfər edəcək. Bildirilir ki, səfər çərçivəsində Azərbaycan–Pakistan münasibətlərinin bütün spektri müzakirə olunacaq, habelə ticarət və investisiyalar, energetika, müdafiə, təhsil və regional əlaqəlilik də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni istiqamətlər müəyyən ediləcək.