2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə İraq kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 140 milyon 85 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 140 milyon 625 min 50 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
#İraq
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib. Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.
İraq Baş naziri Məhəmməd Şiəəs-Sudani bu gün (çərşənbə günü) bəyan edib ki, İraq hökuməti ABŞ-la ikitərəfli əməkdaşlığın davamlı dinamikasını qorumağa və son aylarda əldə edilmiş razılaşma və anlaşmaların icrasını davam etdirməyə böyük önəm verir. Sudani bu fikirləri ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı səsləndirib. İraq hökumətinin yaydığı bəyanata görə, baş nazir bildirib ki, hökumət iqtisadi əlaqələri genişləndirmək, cəlbedici investisiya mühitini inkişaf etdirmək, həmçinin ABŞ şirkətlərinin İraqda fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmaq istiqamətində çalışır.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 414 milyon 779 min 28 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artaraq, 71 milyon 924 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 12 milyard 712 milyon 390 min dollara bərabər olub.
2025-ci ilin yanvar-sentyabr aylarında İraq vətəndaşları Türkiyədə 929 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 42 obyekt çoxdur. Məlumata görə, bu ilin sentyabr ayında İraq vətəndaşları Türkiyədə 146 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7 obyekt çoxdur. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.
İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.
ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.
Türk Hava Yolları (THY) İraqın Süleymaniyə şəhərinə aviareyslərin yenidən başlayacağını rəsmən açıqlayıb. THY-nin İctimaiyyətlə Əlaqələr və Media rəhbəri Yahya Üstün, ABŞ mərkəzli “X” sosial media platformasında paylaşım edərək bildirib ki, THY dünyanın hər bir nöqtəsində Türkiyəni göylərdə qürurla təmsil edir.
İraqda 11 noyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşır. Lakin gözlənilən sabitlik və dəyişiklik əvəzinə, cəmiyyət yenidən illərdir təkrarlanan suallarla üz-üzədir: seçkilər vaxtında keçiriləcəkmi, “fövqəladə hökumət” qurulacaqmı, boykot seçkilərin legitimliyinə necə təsir göstərəcək? Altı seçki mərhələsi arxada qalsa da, partiyaların ritorikası dəyişməyib. Hakimiyyət hələ də “Baas”ın qayıdışı ilə qorxudur, məzhəbçi narahatlıqları dərinləşdirir. Seçkilərdə iştiraka çağırışlar çox vaxt “şiə çoxluğunun nailiyyətlərini qorumaq” iddiaları və hətta silah işlətmə hədələri ilə müşayiət olunur.
Türkiyə 2025-cü ilin avqust ayında İraqa polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalaraq, 38 milyon 360 min 82 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İraqa polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz azalaraq, 405 milyon 680 min 52 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
Kəmərin fəaliyyətə başlaması ilə bağlı məlumat verib. Nazir bildirib ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlər səbəbindən müvəqqəti olaraq dayandırılan kəmər 4 oktyabr 2023-cü ildə BOTAŞ tərəfindən operasiyaya hazır vəziyyətə gətirilib.