#AFAD

Türkiyənin Dənizli şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 14,91 kilometr dərinlikdə yerləşib.

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ Kahramanmaraşın Göksun rayonunda baş verib. Bildirilib ki, yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə qeydə alınıb.

Türkiyənin Ankara şəhərinin Haymana rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Türkiyənin Dənizlinin şəhərinin Buldan rayonunda 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 5,24 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Aralıq dənizində Türkiyənin Antalya körfəzi sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, episentri Aralıq dənizində yerləşən zəlzələnin ocağı təxminən 40,87 kilometr dərinlikdə qeydə alınıb. Bildirilib ki, yeraltı təkanlar Antalya vilayətinin Manavqat rayonundan təxminən 18 kilometr məsafədə baş verib.

Türkiyənin Balıkesir şəhərinin Sındırqı rayonunda 3,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 6,79 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 12,5 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) 31 ədəd generatorun alınması üzrə açıq tender proseduruna başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq generatorların 180 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.

Türkiyənin Bursa şəhərinin Mustafakemalpaşa rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, zəlzələ yerin təxminən 11,22 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 10:41-də baş verib. Zəlzələnin yerin təxminən 6,84 kilometr dərinliyində baş verdiyi bildirilib.

Ərzincan şəhərinin Kemah rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 15:16-da baş verib. Zəlzələnin yerin təxminən 4,52 kilometr dərinliyində baş verdiyi bildirilib.

Türkiyənin Akdəniz bölgəsində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Zəlzələnin yerin təxminən 5 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.