Hərbi bazalarla bağlı danışıqlar təxminən 18 ay çəkdi və Suriyanın suverenliyini təmin edən, eyni zamanda Rusiyanın nüfuzuna ciddi xələl gətirməyən bir nəticə ilə yekunlaşdı. Lakin Suriya hökuməti Əsədin təhvil verilməsi üçün Moskvaya rəsmi müraciət edəcəyi təqdirdə, bu məsələ hüquqi, siyasi, geosiyasi və iqtisadi maraqların, həmçinin hər iki tərəf üçün yüksək rəmzi dəyər daşıyan amillərin toqquşduğu olduqca çətin və mürəkkəb danışıqlar prosesi tələb edəcək.
#Mahir Əsəd
Suriyanın Dəməşq şəhərində yerləşən məhkəmə ölkənin keçmiş hökumətinin doqquz yüksəkvəzifəli şəxsi, o cümlədən sabiq prezident Bəşşar Əsəd, onun qardaşı Mahir Əsəd və təhlükəsizlik rəsmisi Atif Nəcib barəsində ölüm hökmü çıxarıb. Məhkəmə prosesində yalnız Atif Nəcib iştirak edib, digər təqsirləndirilən şəxslər isə qiyabi şəkildə mühakimə olunublar. Qərara əsasən, Bəşşar və Mahir Əsəd beynəlxalq axtarışa verilib.
Suriyada keçid hakimiyyəti tərəfindən keçmiş təhlükəsizlik aparatının nümayəndələrinə qarşı başladılan məhkəmə prosesləri ölkədə keçid ədalətinin gələcəyi baxımından mühüm mərhələ hesab olunsa da, mövcud hüquqi boşluqlar ağır beynəlxalq cinayətlərə görə məsul şəxslərin tam şəkildə cavabdehlikdən yayınması riskini artırır.
Fransa məhkəmələri bu ilin iyul ayında Suriya keçmiş prezidenti Bəşşar Əsədə qarşı yeni beynəlxalq həbs qərarı çıxarıb.AzerVoice xəbər verir ki, bu qərar 2013-cü ildə həyata keçirilmiş ölümcül kimyəvi hücumlarla əlaqədar “insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şəriklik” ittihamları əsasında verilib.
Sabiq Suriya prezidenti Bəşşar Əsədin hökuməti iki il ərzində minlərlə cəsədi gizli şəkildə bir kütləvi məzarlıqdən başqa bir uzaq səhralıq əraziyə köçürüb. Məqsəd - illərlə davam edən qətliamların izlərini ört-basdır etmək olub.2019–2021-ci illər arasında “Torpağın daşınması əməliyyatı” adlandırılan bu proses zamanı Dəməşq yaxınlığındakı Qətifə bölgəsində yerləşən kütləvi məzarlıqdan cəsədlər Zəmir səhrasında yaradılmış yeni gizli məzarlığa daşınıb
"Mahir Əsədin rəhbərlik etdiyi Dördüncü Diviziya Suriya iqtisadiyyatını talan edərək ölkəni narkotik imperiyasına çevirdi – gizli sənədlər və şok faktlar üzə çıxdı!"
Bu “ticarətə” Əsədin qardaşı Mahir Əsəd nəzarət edirdi.