#İslandiya hökuməti

İslandiyada Avropa İttifaqına üzvlük danışıqlarının bərpası ilə bağlı keçirilən referendumun ilkin nəticələrində “hə” tərəfdarları cüzi fərqlə üstünlük qazanıb. İslandiya İctimai Yayım Korporasiyasının açıqladığı ilkin nəticələrə görə, səslərin təxminən 87 mini hesablandıqdan sonra seçicilərin 51,2 faizi Aİ-yə üzvlük danışıqlarının yenidən başlanmasını dəstəkləyib, 48,8 faizi isə buna qarşı çıxıb.