#Şiə-sünni birliyi

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yeni regional razılaşmaların Yaxın Şərqdə yeni mərhələnin başlanğıcı ola biləcəyini bildirib. O, müsəlman qonşu dövlətləri xarici qüvvələr əvəzinə öz imkanlarına arxalanmağa çağırıb. Qalibaf bölgə ölkələrinin rəqabət əvəzinə əməkdaşlıq və qardaşlıq yolunu seçməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, son hadisələr xarici qüvvələrin bölgədə davamlı təhlükəsizlik yarada bilmədiyini göstərib. İran rəsmisi xarici hərbi mövcudluğa əsaslanan təhlükəsizlik sistemini kövrək və asılı hesab edir. O, bölgə dövlətlərinin qarşılıqlı əməkdaşlığına əsaslanan təhlükəsizliyin daha davamlı ola biləcəyini bildirib. Qalibaf İranda şiə-sünni birliyinin sadəcə şüar olmadığını da vurğulayıb. Onun sözlərinə görə, dini birlik İranın milli gücü, təhlükəsizliyi və inkişafının əsas dayaqlarından biridir.