Hizbullahın nümayəndəsi Həsən Fədlullahın sözlərinə görə, “müqavimətin mövcudluğu bu günədək düşmənin torpaqları işğal etməsinin qarşısını alıb; əgər bu müqavimət olmasaydı, düşmən indi Suriya kimi bizim torpaqlarımızı da zəbt etmiş olardı.
#peycer
İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.
İsrailin "Peycer Əməliyyatı" Hizbullahın rabitə sistemlərini iflic edərək müharibənin gedişatında dönüş nöqtəsi yaratdı.