#Nəcran hava limanı

Yəmənin Husi qüvvələri Səudiyyə Ərəbistanının Nəcran şəhərində iki hədəfə hücum etdiklərini bildiriblər. Hücumların pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi açıqlanıb. Hədəflərdən birinin Nəcran hava limanındakı “həssas obyekt” olduğu bildirilir. İkinci hədəfin isə “Saudi Aramco” şirkətinə məxsus obyekt olduğu qeyd olunur. Husilərin hərbi sözçüsü Yəhya Səri hücumlarla bağlı açıqlama verib. Zərbələrin vurduğu mümkün ziyanın miqyası barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı hücum iddialarını hələlik təsdiqləməyib. Hadisə Yəmənlə Səudiyyə Ərəbistanı arasında hərbi gərginliyin artdığı bir dövrdə baş verib.