#arxeoloji tapıntılar

“Wudingloong wui” adlandırılan bu növ təxminən 200 milyon il əvvəl — erkən Yura dövrünə aid edilir. Alimlər bildiriblər ki, Şərqi Asiyada indiyə qədər aşkarlanmış ən qədim Sauropodomorpha fosili olan “Wudingloong wui” kiçik ölçülü, uzun barmaqlı və ehtimal ki, iki ayaq üzərində hərəkət edən bir dinozavr olub. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.

Çıxışına keçmiş nazir və Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Dəmirə başsağlığı verərək başlayan Ərdoğan, Anadolu torpaqlarının insanlıq tarixinin ən qədim səhifələrinin yazıldığı məkanı olduğunu qeyd edib. O, Şanlıurfa vilayətində yerləşən Göbeklitəpənin Misir piramidalarından 7500 il əvvələ aid olduğunu vurğulayıb və milli mədəniyyətin köklərini burada axtarmağın vacibliyini qeyd edib.

Sivas vilayətinin Yıldızeli rayonunda, tarixi "Samuha" adı ilə tanınan Kayalıpınar Het yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı "quş kahin mətni" adlı mixi yazı lövhəsi tapılıb. Bu lövhədə quşların uçuşu ilə bağlı məlumatlar yer alır.