ABŞ-də İsrail tərəfdarı AIPAC lobbi təşkilatının siyasi nüfuzunun zəiflədiyinə dair yeni əlamətlər müşahidə olunur. Miçiqandan Senata respublikaçı namizəd Mayk Rocersin müttəfiqləri AIPAC-dan onun lehinə açıq reklam kampaniyası aparmamağı istəyiblər. Rocers İsrailə güclü dəstəyi ilə tanınsa da, AIPAC-ın açıq dəstəyinin seçkilərdə siyasi yükə çevrilə biləcəyindən narahatlıq var. AIPAC Miçiqandakı demokratların ilkin seçkisində 30 milyon dollardan çox vəsait xərcləyib. Buna baxmayaraq, təşkilatın əleyhinə kampaniya aparan Əbdül Əl-Səyyed ilkin seçkidə qalib gəlib. Qəzzadakı müharibəyə münasibətin ABŞ seçicilərinin İsrail siyasətinə baxışına təsir etdiyi bildirilir. AIPAC son dövrdə bir sıra seçki məğlubiyyətləri ilə də üzləşib. Miçiqandakı vəziyyət təşkilatın ABŞ seçkilərindəki roluna dair müzakirələri daha da gücləndirib.
#Mayk Rocers
ABŞ Senatına Miçiqan ştatından namizəd Əbdül əl-Səid respublikaçı rəqibi Mayk Rocersi böyük əczaçılıq şirkətlərindən milyonlarla dollar almaqda və onların maraqlarına uyğun səs verməkdə ittiham edib. Əl-Səid Detroitdə keçirdiyi mətbuat konfransında Rocersin Konqresdə 14 il ərzində əczaçılıq şirkətlərindən 5 milyon dollardan çox vəsait aldığını, sərvətinin isə 14,6 milyon dollara çatdığını bildirib. O, rəqibinin Florida ştatında malikanə və iki yaxta aldığını da iddia edib.
41 yaşlı doktor Əbdürrəhman əs-Seyidin ABŞ Senatında Miçiqan ştatından vacib bir yer uğrunda Demokratlar Partiyasının praymerizində qazandığı qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Partiya rəhbərliyinin favoriti sayılan konqresmen Heyli Stivensə qarşı gərgin mübarizə şəraitində əldə olunub. Əs-Seyid noyabrın 5-də keçiriləcək Konqresə aralıq seçkilərində Donald Trampın dəstəklədiyi respublikaçı namizəd Mayk Rocerslə qarşılaşacaq.