#Rohingiya müsəlmanları

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.

BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin rəhbəri Nikolas Koumjian Banqladeşə sığınan bir milyondan çox Rohinca müsəlmanının onlara qarşı zorakılıqlar dayanmadan və məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Myanmaya təhlükəsiz şəkildə qayıda bilməyəcəyini bildirib. BMT-nin açıqlamasında qeyd olunub ki, son 18 ayda Rakhayn əyalətində artan zorakılıqlar nəticəsində təxminən 150 min nəfər əlavə olaraq Banqladeşə sığınıb. İstintaq Mexanizmi kəndlərin yandırılması, qətllər, işgəncələr və zorlamalarla bağlı yeni araşdırmalara başlayıb.