#illik 500 milyon dollar gəlir

Türkiyə ilə İraq arasında imzalanan yeni neft sazişi çərçivəsində Türkiyə hər il təxminən 500 milyon dollar həcmində neft nəqli gəliri əldə edəcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Nazir A Haber televiziya kanalına müsahibəsində deyib ki, avqustun 1-də imzalanan razılaşmaya əsasən, İraq tərəfi gündəlik 750 min barel neftin mövcud boru kəmərləri ilə daşınmasına dair öhdəlik götürüb.