#Pakistan mədən sənayesi

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində həlak olanların sayı 34-ə yüksəlib. Yerli Fəlakətlərin İdarə Olunması Agentliyinin yaydığı məlumata görə, xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. İndiyədək dağıntılar altından 34 şaxtaçının meyiti çıxarılıb.