#İspaniya miqrant böhranı

Mərakeşdən İspaniyanın nəzarətində olan Seuta şəhərinə kütləvi qanunsuz miqrasiya cəhdi humanitar və siyasi böhrana çevrilib. Son məlumata görə, Aralıq dənizini üzərək şəhərə çatmağa çalışan azı 18 miqrant həlak olub. İspaniya polisi AFP agentliyinə bildirib ki, cümə axşamından cüməyə keçən gecə minlərlə miqrant Seutaya daxil olub. Reuters agentliyinin İspaniya Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata əsasən, son 24 saat ərzində təxminən 49 min miqrant Mərakeşdən dəniz və quru yolu ilə Seutaya keçib. Bu, 2021-ci ildən bəri şəhərə yönələn ən böyük kütləvi miqrasiya dalğası hesab olunur. Həmin il diplomatik gərginlik fonunda Seutaya təxminən 10 min nəfər daxil olmuşdu.