Ərəb musiqisinin yaşayan əfsanəsi, güclü səs sahibi Asala Nasri-nin ifasında ruhumuza toxunan “Zi el hawa” (Külək kimi) mahnısı illər keçsə də öz təravətini itirmir. Eşqin ən saf halından başlayıb, ayrılığın gətirdiyi boşluğa qədər uzanan bu əsər, sanki bir sevgi romanının qısa xülasəsidir.