#Qətər Milli Vizyonu 2030

Qətər Hər Kəs Üçün İdman Federasiyası cəmiyyətin müxtəlif təbəqələrinin və bütün yaş qruplarının geniş iştirakı ilə keçirilən "İdman Yayı 2026" proqramının uğurunu alqışlayıb. Tədbirlər parklar, idman klubları, gənclər və ticarət mərkəzləri, məhəllə meydançaları, məktəblər və müxtəlif idman obyektləri də daxil olmaqla 65-dən çox mekanda təşkil olunub.

Qətər Mərkəzi Bankı ölkə iqtisadiyyatının güclü göstəricilərini, iqtisadi şaxələnmənin davam edən dinamikasını və əsas makroiqtisadi göstəricilərin dayanıqlılığını əks etdirən 2025 ili üzrə İllik Makroiqtisadi İcmalını dərc edib. ArabAz xəbər verir ki, Mərkəzi Bank bildirib ki, illik icmal Qətər iqtisadiyyatının çətinliklərə sinə gərmək, iqtisadi sabitliyi qorumaq qabiliyyətini və dözümlülüyünü bir daha təsdiqləyir. Qurum mürəkkəb qlobal mühitə baxmayaraq 2025 ilində Qətərin real ümumi daxili məhsulunun 2.9 faiz artdığını diqqətə çatdırıb.

Qətər Nəqliyyat Nazirliyi kiçik gəmi sahiblərinə qeydiyyat lisenziyalarını rəsmi "Darb" mobil tətbiqi vasitəsilə rahat şəkildə yeniləmələri ilə bağlı növbəti dəfə müraciət edib. Rəsmi sosial media hesablarında paylaşılan məlumatda nazirlik illik yenilənmə prosesinin rəqəmsal müstəvidə asan və sadə şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Xidmət çəkisi 200 tondan az olan kiçik gəmilər üçün nəzərdə tutulub. Qurumun ofislərinə şəxsən gəlməyə ehtiyac qalmadan tətbiq vasitəsilə istənilən vaxt və istənilən yerdən bu imkandan yararlanmaq mümkündür.

Qətərin müasir ictimai nəqliyyat sistemi olan Doha Metrosu rəsmi fəaliyyətə başlamasının yeddinci ildönümünü qeyd edir. “Qatar Rail” tərəfindən açıqlanan son məlumatlara görə, metro şəbəkəsi istifadəyə verildiyi gündən bu yana 200 milyondan çox sərnişinin hərəkətini təmin edərək ölkənin nəqliyyat tarixində mühüm bir mərhələyə imza atıb.

Qətərin paytaxtı Doha şəhəri 2026-cı ildə keçiriləcək “Qlobal Yarım Marafon”un (Global Half Marathon) üçüncü buraxılışına ev sahibliyi etməyə hazırlaşır. Bu mötəbər idman tədbiri Dohanın beynəlxalq idman mərkəzi kimi statusunu daha da möhkəmləndirmək və ölkədə sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.