#helikopter və təyyarələrlə müdaxilə

Türkiyənin bir sıra bölgələrində başlayan meşə yanğınları ilə mübarizə davam etdirilir. Ən kritik vəziyyət Muğlanın Seydikemer rayonunda qeydə alınıb. Güclü küləyin təsiri ilə sürətlə yayılan alovlar səbəbindən Fethiyə–Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Muğla Valiliyinin məlumatına görə, yanğının söndürülməsinə 5 təyyarə, 12 helikopter, 35 yanğınsöndürmə maşını, 8 ilkin müdaxilə avtomobili, 22 su tankeri, 14 xüsusi texnika, 44 xidmət avtomobili, 2 təcili tibbi yardım briqadası və ümumilikdə 373 nəfər şəxsi heyət cəlb edilib.