Türkiyədə dövlət qurumlarının internet saytlarında şəxsi məlumatların açıq şəkildə paylaşılması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Müvafiq qərar Türkiyənin Şəxsi Məlumatların Qorunması Qurumu (KVKK) tərəfindən qəbul edilərək Rəsmi Qəzetdə dərc olunub.