Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Mardinin Nusaybin sərhədində Türkiyə bayrağına qarşı törədilən hücumla bağlı sərt bəyanat yayıb. Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat məlumatlandırma toplantısından sonra mətbuat mənsublarının gündəmdəki sualları ilə bağlı açıqlamalar verilib. Nazirlik rəsmi Nusaybin sərhədində bir qrup terror təşkilatı tərəfdarının qanunsuz sərhəd keçidi cəhdi zamanı köhnə gömrük sahəsində yerləşən Türkiyə bayrağını hədəf almasını mütəşəkkil təxribat kimi qiymətləndirib. Açıqlamada bu çirkin hücumun birbaşa türk millətinin milli və mənəvi həssaslıqlarına qarşı yönəldiyi vurğulanıb.
#Türkiyə Milli Müdafiə Nazirliyi
Türkiyə Milli Müdafiə Nazirliyi İrandakı son vəziyyətlə bağlı ölkənin şərq sərhədlərində görülən genişmiqyaslı təhlükəsizlik tədbirləri barədə məlumat yayıb. Nazirliyin həftəlik brifinqində 560 kilometrlik İran sərhədinin hər cür hava və ərazi şəraitində 24 saat fasiləsiz qorunduğu bildirilib. Sərhəd xətti boyunca texnoloji vasitələrlə gücləndirilmiş fiziki təhlükəsizlik sistemlərinin qurulduğu və bölmələrin imkanlarının mütəmadi artırıldığı qeyd olunub.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvəsi ilə bağlı açıqlama verib. O bildirib ki, öz-özünə yetərli olacaq şəkildə qüvvə artıq hazırlanıb və təlim fəaliyyətlərinə başlanılıb. Nazir bu barədə Yaponiyanın Kyodo News agentliyinə müsahibəsində danışıb və Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə müsbət yanaşıldığını bildirib. Yaşar Gülər qeyd edib ki, Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının əsas məqsədi humanitar yardımların çatdırılmasına töhfə vermək və bölgədəki münaqişələrin dayandırılmasına dəstək olmaqdır. Onun sözlərinə görə, bu addım İsrail üçün hər hansı təhlükə yaratmır və bu mövzuda anlayış gözlənilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) hava məkanının təhlükəsizliyinin 7 gün 24 saat əsasda təmin edildiyini və bu sahədə hər hansı boşluğun olmadığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, Milli Müdafiə Nazirliyində keçirilən həftəlik brifinqdən sonra jurnalistlərin sualları cavablandırılıb. Bildirilib ki, Türkiyənin hava məkanına nəzarət radarlar, elektro-optik sensorlar, quru, dəniz və hava qüvvələri, eləcə də NATO ilə inteqrasiya olunmuş çoxsəviyyəli müdafiə sistemi vasitəsilə fasiləsiz şəkildə həyata keçirilir.
Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi əməkdaşlığının yeni nəticəsi olaraq, Məhsul və Kimya Sənayesi Qurumu (MKE) Azərbaycanda “Maşın və Kimya Azərbaycan (MKA)” adlı şirkət yaradıb. Şirkət MKE-nin xaricdəki ilk iştirakı kimi fəaliyyətə başlayıb. Eyni zamanda, Açıq Dəniz Nəzarət Gəmisi Layihəsi çərçivəsində inşa olunan bir gəmiyə Rumıniyaya satış həyata keçirilib. Dəniz Qüvvələri Komandanlığı üçün daha üstün xüsusiyyətlərə malik olacaq “Seferihisar” gəmisinin isə İstanbul Tersanesi Komandanlığında inşa edilərək donanmaya təhvil veriləcəyi bildirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Ukraynaya türk əsgərinin göndəriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. Açıqlama, Nazirlikdə keçirilən həftəlik mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən səsləndirilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, harada barış və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türk Silahlı Qüvvələrinin xatırlanması TSQ-nin imkan və qabiliyyətlərinin, eləcə də yüksək deterrent gücünün göstəricisidir.
Təyyarənin düşməsi ilə bağlı araşdırmalar çoxşaxəli şəkildə davam edir və Müdafiə Nazirliyi mövzu ilə bağlı ətraflı açıqlamalar verəcək. Ərdoğan bu sözləri TBMM-də partiyasının qrup iclasında çıxış edərəkən bildirib. Ərdoğan bildirib ki, keçən həftə şəhid olan 20 əsgər və yanğınsöndürmə təyyarəsində həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Türkiyənin Müdafiə Nazirliyi, bir qəzetdə “Herkül ilə bağlı ilkin tespitlər” başlığı ilə yayımlanan xəbərdə yer alan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Nazirlik bildirir ki, xəbərdə qeyd olunan məqamlar davam edən araşdırmalar nəticəsində əldə olunmuş məlumatlar deyil, mənbəyi məlum olmayan şərhlərə əsaslanır. Bəyanatda, qəzaya uğramış təyyarənin qalıqlarında araşdırmaların davam etdiyi vurğulanıb.
Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində şəhid olan Türk Hava Qüvvələri personalları ölkənin müxtəlif bölgələrində son mənzilə yola salınıb. Şəhid pilotlar və heyət üzvləri üçün Bursa, Kayseri, Ankara, Eskişehir, Karabük, Amasya, Niğde, Tekirdağ, Sakarya, Muğla, Samsun, Kırklareli, Çorum, Bilecik və Konya şəhərlərində rəsmi hərbi mərasimlər keçirilib.
Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan “C130” tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçinin nəşləri Türkiyəyə gətirilib. Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi yük təyyarəsi bu axşam Ankaradakı Mürted Hava Meydan Komandanlığına enib.
Gürcüstanda C130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.