#Al Baraka Azerbaijan könüllülə yardım layihəsi

Al Baraka Azerbaijan könüllüləri Yəmənin Lahc bölgəsində yerləşən Əmmar bin Yasir düşərgəsində yaşayan ehtiyaclı ailələr üçün növbəti humanitar yardım layihəsini həyata keçiriblər. "Təmiz İçməli Su" layihəsi №1243 çərçivəsində düşərgəyə 3 su tankeri ilə təmiz içməli su çatdırılıb. Layihənin məqsədi su qıtlığından əziyyət çəkən ailələrin gündəlik içməli su tələbatının qarşılanmasına dəstək vermək olub.