#humanitar yardım layihəsi

Al Baraka Azerbaijan könüllüləri Yəmənin Lahc bölgəsində yerləşən Əmmar bin Yasir düşərgəsində yaşayan ehtiyaclı ailələr üçün növbəti humanitar yardım layihəsini həyata keçiriblər. "Təmiz İçməli Su" layihəsi №1243 çərçivəsində düşərgəyə 3 su tankeri ilə təmiz içməli su çatdırılıb. Layihənin məqsədi su qıtlığından əziyyət çəkən ailələrin gündəlik içməli su tələbatının qarşılanmasına dəstək vermək olub.