1944-cü il bu gün Amerika qüvvələri uzun müddət yaponların işğalı altında olan və onların hərbi əməliyyatlar üçün baza kimi istifadə etdikləri Marşall adalarına hücum edərək nəzarəti tamamilə ələ keçiriblər. 3 fevral gecəsi diviziya hərəkəti dayandıraraq 32-ci alaya adanın qalan 600 yardlıq hissəsini təmizləmək əmrini verib. Yaponların beş ümidsiz gecə hücumunun qarşısı alındıqdan sonra, fevralın 4-ü səhər saatlarında başlayan yeni hücumla günortadan sonra ada tam təhlükəsiz elan edilib.
#Sakit okean
2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.
Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-ın Karib dənizi və Sakit okeandakı əməliyyatlarına etiraz edərək, ABŞ təhlükəsizlik qurumları ilə əlaqə və kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıldığını açıqlayıb. Prezident Petro bu barədə ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib və ABŞ-ın bölgədə apardığı əməliyyatlara toxunub.
Dünən ABŞ Prezidenti Donald Trampın göstərişi ilə iki gəmi hədəf alınıb.
1941-ci ilin dekabr ayının sonlarında Yapon ordusu, ayın əvvəlində azsaylı amerikalı müdafiəçilərdən ala bilmədiyi Ueyk adasındakı mövqelərini gücləndirmişdi. Yapon qüvvələrinin sayı o qədər çox idi ki, adada qalan azsaylı amerikalılar əsir götürülərək müxtəlif əsir düşərgələrinə göndərildilər. 98 nəfər isə adada saxlanılaraq məcburi əmək üçün istifadə olunurdu.
“Washington Post”un məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Karib dənizi və Sakit okean sularında həyata keçiriləcək əməliyyat çərçivəsində gəmilərin yerləşdirildiyini bildiriblər. Hərbi gəmilər Mərkəzi və Cənubi Amerika ölkələri yaxınlığında fəaliyyət göstərəcək. Məlumata görə, bölgəyə üç esmines (USS Gravely, USS Jason Dunham, USS Sampson), iki desant dok gəmisi, bir amfibiya hücum gəmisi, bir sürətli döyüş gəmisi və bir sahil döyüş gəmisi (LCS) göndərilib. Rəsmilər esmineslərin Venesuela sahillərinə “çox yaxın” olmadığını xüsusi vurğulayıblar. Ekipaj heyətində narkotik əməliyyatlarına cavabdeh zabitlərin də yer aldığı bildirilir.
Maduro ABŞ-ın “narkotiklərlə mübarizə” siyasətini tənqid edərək, narkotik ticarətinin əsasən Kolumbiya və Mərkəzi Amerika üzərindən idarə olunduğunu, Venesuelanın isə bu ticarətlə əlaqəsinin olmadığını bildirib. O, ABŞ-ın Əfqanıstan, İraq və Liviyaya “terror” bəhanəsi ilə müdaxilə etdiyini xatırladaraq, “Venesuela ərazisi təmizdir, hökumətimiz və silahlı qüvvələrimiz azaddır,” - deyə bildirib. Maduro, ABŞ-ın Karib dənizinə hərbi yerləşdirməsini pisləyərək, narkotiklərin böyük hissəsinin Sakit Okean üzərindən daşındığını, lakin ABŞ-ın öz cəmiyyətindəki narkotik istifadəsi ilə mübarizə aparmadığını vurğulayıb.
Antara News-un məlumatına görə, Semeru Vulkan Rəsədxanası ilk püskürmənin yerli vaxtla 05:24-də qeydə alındığını bildirib. Vulkanik kül buludunun hündürlüyü təxminən 600 metrə çatıb və şimal-şərq istiqamətində hərəkət edib.Eyni gün saat 10:08-də vulkanda ikinci püskürmə baş verib. Bu dəfə də kül sütunu 600 metr hündürlüyə qalxıb.
Püskürmə bölgədə son günlər qeydə alınan güclü zəlzələlərdən bir neçə gün sonra baş verib. Vulkanın fəaliyyətə başlaması nəticəsində havaya qalxan kül buludu yerli müşahidə mərkəzləri tərəfindən qeydə alınıb.
Vanuatu adalarının cənub sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Şərqi Çin dənizində təhlükəli gərginlik yaşanıb- Çin və Yaponiya qırıcıları arasında toqquşma riski yaranıb.