#Warner Bros. Discovery

ABŞ məhkəməsi Paramount Skydance-in Warner Bros. Discovery-ni almaq planını avqustun 3-dək dayandırıb. Qərar Kaliforniyanın rəhbərlik etdiyi bir qrup ştatın müraciətindən sonra qəbul edilib. Ştatlar birləşmənin rəqabətə zərər vuracağını iddia edir. Hakim onların mövqeyində kifayət qədər əsasların olduğunu bildirib. Avqustun 3-də sövdələşmənin daha uzun müddətə dayandırılması məsələsinə baxılacaq. Paramount isə iddialarla razılaşmır. Məhkəmə prosesi media sənayesində böyük maraqla izlənilir.