SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi İranın hücumlarının davam edəcəyini bəyan edib. O bildirib ki, hərbi əməliyyatlar Hörmüz boğazında və ölkənin cənub sahillərində sabitlik bərpa olunana qədər dayandırılmayacaq. Musəvinin sözlərinə görə, İranın bütün ərazisi vahid əməliyyat məkanı hesab olunur. Bəyanat İran dövlət televiziyası tərəfindən yayımlanıb. Komandan konkret hədəflər barədə məlumat verməyib. ABŞ və İsrail bu açıqlamaya hələlik rəsmi münasibət bildirməyib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Regionda hərbi gərginlik davam edir.