#TBMM

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM qrup toplantısında çıxış edərək ölkəsinin xarici siyasətinə və tarixi kimliyinə dair mesajlar verib. O, Türkiyənin regional məsuliyyət daşıyan dövlət olduğunu və yalnız öz sərhədləri ilə məhdudlaşmayacağını bildirib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında ölkədəki təhlükəsizlik və köç prosesləri ilə bağlı geniş məlumat verib. Nazir 31 oktyabr 2025-ci il tarixinə qədər Türkiyədə qanuni qalma hüququ olan 3 milyon 615 min 491 xarici vətəndaşın olduğunu açıqlayıb.

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində şəhid olan Türk Hava Qüvvələri personalları ölkənin müxtəlif bölgələrində son mənzilə yola salınıb. Şəhid pilotlar və heyət üzvləri üçün Bursa, Kayseri, Ankara, Eskişehir, Karabük, Amasya, Niğde, Tekirdağ, Sakarya, Muğla, Samsun, Kırklareli, Çorum, Bilecik və Konya şəhərlərində rəsmi hərbi mərasimlər keçirilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

“Terrorsuz Türkiyə” prosesi ölkənin inkişafına, şərq ilə qərb arasında ümumi zənginləşməyə və rifaha xidmət edəcək. Bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səsləndirib. O bildirib ki, terror probleminin tamamilə aradan qaldırılması yalnız təhlükəsizlik tədbirləri ilə mümkün deyil. Bu, çoxşaxəli və hərtərəfli yanaşma tələb edən prosesdir. Kurtulmuş, həmçinin cəmiyyətin müxtəlif təbəqələrinin dinlənməsinin vacibliyini vurğulayıb, eyni zamanda sürətli addımların atılmasının da zəruriliyini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun imzasını daşıyan və İsrailin Qəzzadakı işğal siyasəti ilə Fələstin xalqına qarşı həyata keçirdiyi soyqırımı pisləyən bəyannamə TBMM Baş Assambleyasında qəbul edilib. Bəyannamədə vurğulanıb ki, İsrailin onilliklərdir davam etdirdiyi işğal və ilhaq siyasəti son iki ildə xüsusilə Qəzzada soyqırıma çevrilib. Qeyd olunub ki, aclıq və qıtlıq bir silah kimi istifadə olunaraq on minlərlə insanın həyatına son qoyulub. Baş nazir Benyamin Netanyahunun hökumətinin Qəzza əhalisini aclığa məhkum etməsi BMT və beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib.