#polis məntəqəsi

İsrail pilotsuz uçuş aparatının Qəzza zolağında polis məntəqəsinə zərbə endirdiyi bildirilib. Hücum nəticəsində yeddi polis əməkdaşı həlak olub. Ölənlər arasında polis məntəqəsinin rəhbəri və onun müavini də var. Fələstin tərəfi hücumun hüquq-mühafizə infrastrukturuna qarşı məqsədli əməliyyat olduğunu iddia edir. Bildirilir ki, həmin polis əməkdaşları köçkün düşərgəsində asayişin qorunmasına cavabdeh olublar. Qəzzada polis obyektlərinə qarşı oxşar hücumların daha əvvəl də baş verdiyi qeyd olunur. Bölgədə təhlükəsizlik və idarəetmə böhranı davam edir.