2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana hazır geyim məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artaraq, 28 milyon 789 min 470 dollara bərabər olub. Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana hazır geyim məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 3 milyon 689 min 920 dollara çatdırıb.