#qanadlı raket

ABŞ Tomahawk qanadlı raketlərinin istehsalını artırmaq üçün 22,9 milyard dollarlıq müqavilə bağlayıb. Müqavilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə “Raytheon” şirkəti arasında imzalanıb. Saziş yeddi il müddətinə nəzərdə tutulub. Tomahawk raketlərinin illik istehsalının 60 ədəddən 1 000-dən çoxa çatdırılması planlaşdırılır. Qərar ABŞ-ın İranla müharibə zamanı silah ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar fonunda qəbul edilib. Tomahawk raketləri gəmilərdən və sualtı qayıqlardan buraxıla bilir. ABŞ son dövrdə digər mühüm raket sistemlərinin istehsalını da artırmağa çalışır. Yeni müqavilə Vaşinqtonun hərbi ehtiyatlarını sürətlə bərpa etmək səylərinin bir hissəsidir.

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son zərbələr dalğasının başa çatdığını açıqlayıb. Məlumata görə, əməliyyat 90 dəqiqə davam edib və Vaşinqton vaxtı ilə səhər saat 07:30-da yekunlaşıb. Zərbələr Böyük Tunb adasında yerləşən sahil müdafiə sistemləri, qanadlı raket anbarları və buraxılış məntəqələrini hədəf alıb. ABŞ tərəfi yüksək dəqiqlikli sursatlardan istifadə olunduğunu bildirib. Vaşinqton iddia edir ki, bu əməliyyat İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını daha da zəiflədib. Hücumun nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb. İran isə məsələ ilə bağlı hələlik rəsmi bəyanat verməyib. Bölgədə hərbi gərginlik və beynəlxalq narahatlıq davam edir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazında ölkəyə məxsus "Mombasa" və "Al Bahiyah" neft tankerlərinə İran tərəfindən qanadlı raketlərlə həyata keçirilən hücumu ən sərt şəkildə pisləyib. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, hücum tankerlər Hörmüz boğazının cənub dəniz marşrutu ilə Oman ərazi sularından keçərkən baş verib və İran tərəfindən buraxılan iki qanadlı raketlə həyata keçirilib.