İran müharibə dövründə pilotsuz uçuş aparatlarının istehsalını üç dəfə artırdığını açıqlayıb. Bu barədə müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid İbn ər-Rza məlumat verib. Onun sözlərinə görə, müasir texnologiyalara yatırılan sərmayələr müdafiə qabiliyyətini gücləndirib. Rəsmi şəxs bildirib ki, döyüşlərin ən gərgin vaxtında belə istehsal prosesi dayanmayıb. Əksinə, pilotsuz uçuş aparatlarının istehsal gücü əhəmiyyətli dərəcədə artırılıb. O, bunu ölkənin elmi və texnoloji potensialının nəticəsi kimi qiymətləndirib. İran müdafiə sənayesinin fasiləsiz fəaliyyət göstərdiyini vurğulayıb. Rəsmi açıqlamada bu sahədə əldə olunan nəticələr ön plana çıxarılıb.