Yeni Zelandiya Avstraliya və Ficinin imzaladığı müdafiə ittifaqına qoşulma imkanını nəzərdən keçirir. Bu barədə ölkənin Baş naziri Kristofer Lükson bildirib. Baş nazir qeyd edib ki, Avstraliya ilə Ficinin bu həftə hərbi müttəfiq olmaq barədə qəbul etdiyi qərar Yeni Zelandiya tərəfindən müsbət qarşılanır.