Kanada qlobal müdafiə bankının yaradılması təşəbbüsünə beynəlxalq dəstəyin artırılması istiqamətində fəaliyyətini davam etdirir. Xarici işlər naziri Anita Anand bildirib ki, layihənin təsisçi ölkələrinin siyahısı yalnız daha çox dövlətin təşəbbüsə qoşulmasından sonra açıqlanacaq. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir və layihə artıq kifayət qədər dəstək qazanıb. Anita Anand qeyd edib ki, təşəbbüsün uğuru geniş beynəlxalq iştirakdan asılıdır. Bu mövqe Kanadanın Baş naziri Mark Karninin əvvəlki açıqlamaları ilə də üst-üstə düşür. Layihənin müdafiə sahəsində maliyyə əməkdaşlığını gücləndirməsi nəzərdə tutulur. Kanada bunun qlobal təhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanları yaradacağına inanır.