#Zahir Cəbarin

HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə səfər edib. Nümayəndə heyətinə təşkilatın İordan çayının qərb sahili üzrə rəhbəri Zahir Cəbarin başçılıq edir. HƏMAS rəsmisi Taher ən-Nunu bildirib ki, nümayəndə heyəti Misir rəsmiləri və vasitəçilərlə atəşkəs razılaşmasının icrasını müzakirə edəcək. Danışıqlarda Qəzza zolağında hərbi əməliyyatların dayandırılması əsas mövzulardan biri olacaq. Həmçinin Qəzzaya xəstəxanaların, çörəkbişirmə müəssisələrinin və infrastrukturun bərpası üçün zəruri materialların çatdırılması müzakirə ediləcək. Görüşlərdə Şarm əş-Şeyx razılaşmasının qalan müddəalarının icrası da nəzərdən keçiriləcək. Tərəflərin atəşkəsin tam həyata keçirilməsi istiqamətində müzakirələri davam etdirəcəyi bildirilir.