#Heysəm bin Tariq Al Səid

Yaponiya Baş naziri Sanae Takaiçi Oman Sultanı Heysəm bin Tariq Al Səidlə telefon danışığında Hörmüz boğazında sərbəst və təhlükəsiz keçidin bərpasına çağırıb. Oman rəhbəri su yolundan istifadə edən ölkələrin mövqelərinin nəzərə alınacağını bildirib. Oman və İran Hörmüz boğazında gəmi keçidləri ilə bağlı danışıqlar aparır. Tərəflər regional vəziyyət və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Yaponiya Omanın dialoq və gərginliyin azaldılması istiqamətində səylərini yüksək qiymətləndirib. Tokio və Maskat müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını da müzakirə edib. Hörmüz boğazı ilə bağlı danışıqlar ABŞ və İran arasında fikir ayrılıqları səbəbindən çətin mərhələdədir. Yaponiya təhlükəsiz gəmiçiliyin bərpasını beynəlxalq əhəmiyyətli məsələ hesab edir.

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heysəm bin Tariq Al Səid ilə Parisdə keçirdiyi görüşdən sonra Hörmüz boğazı ilə bağlı mühüm açıqlama verib. O bildirib ki, Fransa və Oman tərəfdaşları ilə birlikdə boğazda minaların təmizlənməsi üzrə əməkdaşlıq edəcək. Məqsəd dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək və boğazdan sərbəst keçidi qorumaqdır. Tərəflər bölgədə gərginliyin azaldılması üçün də birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər. Makron bu addımın beynəlxalq ticarətin təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur. Buna görə də burada təhlükəsizliyin təmin edilməsi beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.