Bildirilir ki, Türkiyə klubu təcrübəli futbolçunun “Qarabağ”la 2027-ci ilin yayınadək qüvvədə olan müqaviləsinə xitam verilməsi müqabilində Azərbaycan klubuna müəyyən məbləğdə transfer haqqı ödəyib. “Çorum”un heyətində “Qarabağ”ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir və bu, Yankoviçin adaptasiya prosesinə müsbət təsir göstərə bilər.