#Google DNS

Linux sistemləri istər lokal şəbəkədə, istərsə də qlobal internet mühitində bir şəbəkə düyünü kimi mükəmməl çalışmaq üçün layihələndirilib. Lakin bəzən veb saytlara giriş kəsilə, serverlə əlaqə qurula bilməyəcək və ya daxili şəbəkədə nasazlıqlar yarana bilər. Belə vəziyyətlərdə problemin qaynağını (provayder, server yoxsa lokal sazlamalar) tapmaq üçün Linux terminalı bizə çox güclü diaqnostika alətləri təqdim edir. Bu məqalədə şəbəkə xətalarını saniyələr içində təsbit etməyi öyrənəcəyik.