Yaponiyanın Niigata prefekturasında yerləşən və dünyanın ən böyük istehsal gücünə malik "Kaşivazaki-Kariva" Atom Elektrik Stansiyasında (AES) yenidən texniki problemlər yaranıb. TEPCO şirkəti tərəfindən idarə olunan stansiyanın 6 nömrəli reaktoru dünən rəsmi yoxlamalardan sonra işə salınsa da cəmi bir gün sonra fəaliyyətini dayandırıb. Buna səbəb reaktordakı nüvə parçalanmasını tənzimləyən idarəetmə çubuqlarının elektrik komponentlərində yaranan nasazlıq olub. Qeyd edək ki 2011-ci ildə baş verən güclü zəlzələ və "Fukuşima" fəlakətindən sonra stansiyanın bütün yeddi reaktoru 2012-ci ildə təhlükəsizlik məqsədilə qapadılmışdı.
#nüvə sualtı qayıq
ABŞ, Böyük Britaniya və Avstraliya “nüvə ilə işləyən sualtı gəmi alyansı” kimi tanınan AUKUS ortaq təhlükəsizlik sazişi üzrə işləri sürətləndirməyə qərar verib. ABŞ-ın müdafiə naziri Pit Hegsət, Böyük Britaniyanın müdafiə naziri Con Hili və Avstraliya baş nazir müavini və müdafiə naziri Rişard Marls ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüblər və görüş barədə ortaq açıqlama verilib. Açıqlamaya görə, görüşdə AUKUS sazişinə sadiqliklərini təsdiqləyən nazirlər əməkdaşlığın uzunmüddətli uğur qazanması üçün prosesin sürətləndirilməsi və qısa müddətli hərbi hədəflərə fokuslanmaq barədə razılığa gəliblər.
Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.
Mehmet Fatih Kaçır, nüvə texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün yeni texnopark layihəsinin həyata keçiriləcəyini açıqlayıb. Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Türkiyənin ilk nüvə texnoparkını yaxın dövrdə qurmağı hədəflədiklərini bildirdi. Açıqlama, İstanbulda keçirilən TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi Nüvə Enerji Texnologiyaları Dizayn Müsabiqəsinin final mərasimində verildi
İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib. İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb. Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.
Venesuelanın xarici işlər naziri İvan Gil, Telegram-da ABŞ-ın USS Lake Erie raket kreyseri və USS Newport News nüvə sualtı qayığını Karibə göndərməyi planlaşdırdığını bildirib. Venesuelanın BMT-dəki nümayəndəliyi bu addımı “regional sülhə təhdid” kimi qiymətləndirib. Venesuela müdafiə naziri Vladimir Padrino Lopez, “Katatumbo İldırımı” əməliyyatı çərçivəsində Karib sularına daha böyük gəmilər və pilotsuz uçuş aparatları yerləşdirəcəklərini açıqlayıb. 15,000 əsgər Kolumbiya sərhədinə göndəriləcək. Lopez, Maracaibo gölü və Venesuela körfəzində dəniz patrulları və vətəndaş xidmət məntəqələri quracaqlarını bildirib.
Peyk görüntüləri, Rusiyanın Kamçatka bölgəsində 30 iyulda baş verən 8,8 bal gücündəki zəlzələnin episentrinə yaxın ərazidə yerləşən Rıbaçi Nüvə Sualtı Qayıqları Bazasının zərər gördüyünü göstərdi. Mərkəzi ABŞ-da yerləşən Planet Labs PBC şirkətinin təqdim etdiyi və New York Times (NYT) qəzetində yayımlanan peyk görüntüləri, Kamçatkada baş verən zəlzələnin Rusiyaya məxsus strateji əhəmiyyətə malik bazaya təsirlərini üzə çıxardı.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin bəyanatlarına cavab olaraq, Rusiya yaxınlığına iki nüvə sualtı qayığının yerləşdirilməsi barədə göstəriş verib.