#1953-cü il hadisələri

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə münasibətlərdəki etimadsızlığın tarixi səbəblərdən qaynaqlandığını bildirib. O, bu vəziyyətin əsasının 1953-cü ildə İranda baş vermiş siyasi hadisələrə dayandığını qeyd edib. Bəqayinin sözlərinə görə, həmin hadisələr iki ölkə arasında etimadın sarsılmasına səbəb olub. İran rəsmisi etimadsızlığın dərin köklərə malik olduğunu vurğulayıb. O bildirib ki, Tehran ABŞ-yə qarşı ehtiyatlı yanaşmasını keçmiş təcrübələrə əsaslandırır. Bəqayi Vaşinqtonun İranın etimadını qazanmasının asan olmayacağını deyib. Onun fikrincə, bunun üçün uzunmüddətli və ardıcıl addımlar atılmalıdır. İran gələcək münasibətləri əməli fəaliyyət və real nəticələr əsasında qiymətləndirəcəyini bəyan edib.