#Axıska türklərinin XX əsrdə üzləşdiyi deportasiya

İstanbulda Axıska türklərinin deportasiyası tarixini və onların doğma torpaqlara qayıdış uğrunda mübarizəsini əks etdirən genişmiqyaslı sərgi təşkil olunacaq. Məlumata görə, ekspozisiya Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi, Dünya Axıska Türkləri Birliyinin koordinasiyası və muzeyçilik sahəsi üzrə mütəxəssis Bəstə Gürsunun kuratorluğu ilə hazırlanıb.