#astronavt proqramı

Fələstinli gənc tələbə Leyali əl-Xətib astronavt proqramına qəbul üçün tələb olunan mərhələləri uğurla keçərək Fələstin tarixində ilk qadın astronavt namizədi kimi diqqət mərkəzinə düşüb. Cəmi 18 yaşı olan Leyali əl-Xətib hazırda Fələstin Politexnik Universitetinin mühəndislik fakültəsində təhsil alır. O bildirib ki, kosmosla bağlı arzusu uşaqlıq illərindən başlayıb və illər keçdikcə daha da güclənib. Gənc tədqiqatçının sözlərinə görə, məqsədi sadəcə elm öyrənmək deyil, həm də elmin inkişafına töhfə vermək olub. O, uşaqlıqdan kainatın sirlərini araşdıran insanlar sırasında yer almağı xəyal etdiyini deyib.