#Münasibət qurmaq və münaqişələri həll etmək

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi və iş dünyasında daha geniş tətbiq olunması bir çox əməkdaşın gələcəklə bağlı narahatlıqlarını artırıb. Bir sıra sahələrdə avtomatlaşdırmanın genişlənməsi fonunda “insanı nə əvəzolunmaz edir?” sualı daha çox müzakirə olunmağa başlayıb. Əmək bazarı üzrə mütəxəssislər hesab edirlər ki, texnologiyalar nə qədər inkişaf etsə də, bəzi insani xüsusiyyətlər və bacarıqlar yaxın gələcəkdə süni intellekt tərəfindən tam şəkildə əvəz edilə bilməyəcək. Onların fikrincə, empatiya, münasibət qurmaq bacarığı, tənqidi düşüncə, etik qərarvermə və qeyri-müəyyən şəraitdə qərar qəbul etmək kimi keyfiyyətlər insanların əsas üstünlükləri olaraq qalır.