İyunun 11-də Bakı şəhərində Azərbaycan və Estoniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan nümayəndə heyətinə Fariz Rzayev, Estoniya nümayəndə heyətinə Martin Roger rəhbərlik edib. Məsləhətləşmələr zamanı siyasi əlaqələrin vəziyyəti və ikitərəfli dialoqun davamlılığı müzakirə olunub. Estoniya səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib. İqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Strateji enerji və nəqliyyat layihələri müzakirə olunub. Regiondakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri diqqət mərkəzində olub. İşğaldan azad edilmiş ərazilərdə bərpa və minatəmizləmə tədbirləri də müzakirə mövzusu olub.