İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanında İran tərəfindən buraxıldığı bildirilən 8 raketin qarşısının alındığını açıqlayıb. Məlumata görə, raket təhlükəsi səbəbindən ölkənin müxtəlif bölgələrində xəbərdarlıq siqnalları verilib. İordaniyanın hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirib. Hadisə nəticəsində insan itkisi və maddi zərər olmadığı bildirilib. İordaniya bölgədə artan hərbi gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirib. Rəsmi Amman hava məkanının qorunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayır.
#İordaniya Silahlı Qüvvələri
ABŞ və İran arasında hərbi gərginliyin regional müharibə səviyyəsinə yüksəlməsi fonunda İordaniya Haşimi Krallığı ciddi raket hücumuna məruz qalıb. Raketlərin hamısı İordaniya hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən havada zərərsizləşdirilib. Vurulan raketlərin qalıqlarının şəhər ətrafına düşdüyü, hadisə nəticəsində hər hansı can itkisinin və ya ciddi maddi zərərin qeydə alınmadığı vurğulanıb.