Filippində enerji təchizatı, qiymət artımı və sosial sabitliklə bağlı narahatlıqlar güclənir. Məlumatlara görə, Hörmüz boğazında yaranan gərginlik və enerji daşımalarındakı problemlər ölkədə yanacaq və enerji qiymətlərinin yüksəlməsinə səbəb olub. İqtisadi təsirlərlə yanaşı, böhran xüsusilə müsəlman əhalinin sıx yaşadığı Banqsamoro Muxtar Regionunda sosial və dini münasibətlərə də təsir göstərir. Yerli dini liderlər və ictimai qruplar arasında fikir ayrılıqlarının artdığı, bəzi məsələlərdə mövqelərin kəskin şəkildə fərqləndiyi bildirilir. Analitiklər hesab edirlər ki, iqtisadi təzyiqlərin davam etməsi sosial parçalanmanı daha da dərinləşdirə bilər.
#müsəlman icmaları
ABŞ-ın Texas ştatında məhkəmə 43 yaşlı Elizabet Volf adlı qadını üç yaşlı müsəlman uşağı boğmağa cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2024-cü ilin may ayında Euless şəhərində yerləşən yaşayış kompleksinin hovuzunda baş verib. Polis məlumatına görə, cinayətin əsas motivi irqçilik zəmnində olub. Məhkəmə sənədlərinə və CBS News ilə Fort Worth Star-Telegram qəzetinin yayımladığı məlumatlara əsasən, hakim Endi Porter Volfu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə təqsirli bilib və hökm çıxarıb.
Bölgəmizdə hər hansı bir müsəlman dövlətinin — xüsusilə də zəifləmiş, daxili qarşıdurmalara sürüklənmiş və ya xarici təzyiqlərlə zəiflədilmiş bir dövlətin — indiki həssas və mürəkkəb geosiyasi şəraitdə çökməsi təkcə həmin ölkənin faciəsi ilə yekunlaşmaz.
ABŞ-ın İsraildəki səfiri Mike Huckabee Fələstin-İsrail münaqişəsində iki dövlətli həll modelinə qarşı çıxaraq, ərəb və müsəlman ölkələrinə “Fələstin dövlətini öz torpaqlarınızda qurun” çağırışı ilə gündəmə gəlib.