Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim böhranının təsirlərinin müharibələr və qlobal epidemiyalar qədər ciddi təhlükə yaratdığını bildirib. O, Sıfır Tullantı Forumu çərçivəsində çıxış edərək iqlim dəyişikliyinin artıq təkcə ekoloji məsələ deyil, bütün bəşəriyyəti əhatə edən qlobal böhran olduğunu vurğulayıb. Ərdoğan çıxışında qeyd edib ki, iqlim böhranının təsirlərini minimuma endirmək üçün müxtəlif istiqamətlərdə tədbirlər görülür. O, bu sahədə aparılan işlərin davam etdiriləcəyini bildirib və gələcək beynəlxalq tədbirlərdə bu mövzunun əsas gündəm olacağını deyib.