Bəhreyn Livanın suverenliyinə və dövlət institutlarının gücləndirilməsinə dəstəyini bir daha bəyan edib. Xarici İşlər Nazirliyinin açıqlamasında Prezident Cozef Aunun ölkədə dövlət hakimiyyətinin möhkəmləndirilməsi və silahlara nəzarətin dövlətin əlində cəmləşdirilməsi istiqamətindəki səyləri dəstəklənib. Bəyanatda Livanda daimi atəşkəsə nail olunmasının, mülki əhalinin müdafiəsinin və məcburi köçkünlərin geri dönüşünün vacibliyi vurğulanıb. Eyni zamanda beynəlxalq ictimaiyyət humanitar yardımın genişləndirilməsi və sülhməramlı qüvvələrə dəstəyin artırılması istiqamətində fəal olmağa çağırılıb.