İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. İki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, “Supercar”lar və idman avtomobilləri nümayiş olunacaq.